Lippertə xərclənən milyon sayəsində...

12:12 - 9 Sentyabr 2020

Azərbaycan yığması Millətlər Liqasının 2-ci turunda səfərdə Kipri 1:0 hesabı ilə məğlub edib. 

 

Sportal.az xəbər verir ki, "Xəzər" televiziyasının aparıcısı Sənan Abdullayev "Facebook" hesabında millinin qələbəsi barədə bunları yazıb:

 

"Millinin kiçik qələbəsinə belə ürəklə sevinirəm. Bu tərəf məsələsi deyil çünki. Amma etirazımız bir oyunda uduzan yığmaya idimi? İllərdi Ronaldonun mürəkkəbi qurumaq üzrə olan aparatdan çıxan "kopyası" Araz Abdullayevi oynatdıranlaradı etirazımız. Lippertə xərclənən milyon sayəsində qazanc sahibi olub yerliləri məhv edənlərdi qarşı tərəfimiz.

 

"Oyunçunu klublar yetişdirməlidi" deyib buna onları məcbur edəcək mexanizmi 12 il ərzində hələ də ortaya qoya bilməyənləri, qoymaq istəməyənləri deyirik axı. Məcburiyyətsiz belə bunu etməli olub şərikli pasportvermə yarışına girən elə həmin klubdakıları nəzərdə tuturuq biz. Yaz-yaz bitməz. Amma bitəcək bir gün.

Millimiz isə qələbə qazanıb. Özü də səfərdə. Keyfini çıxarın. Üzülməyə fasilə verin!"

Xəbər xətti