"Los-Anceles Leykers" 10 il sonra finalda

13:38 - 27 Sentyabr 2020

Amerika Basketbol Liqasının (NBA) qərb konfransının həlledici görüşündə "Los-Anceles Leykers" "Denver Naqqets"ə 4:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az xəbər verir ki, bu qələbədən sonra "Los-Anceles Leykers" 10 il sonra NBA-da finala yüksəlib. Komanda 10 il əvvəl finalda "Boston Seltiks"dən üstün olmuşdu - 4:3.

 

Şərq konfransının həlledici görüşündə isə "Mayami Hit"lə "Boston Seltiks" qarşılaşır. 5 oyundan sonra "Mayami Hit" hesabda öndədir - 3:2.

Xəbər xətti