"Liverpul" Kariusu yenə icarəyə verdi

13:54 - 27 Sentyabr 2020

"Liverpul" qapıçısı Loris Kariusu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı qapıçı Almaniyanın "Union Berlin" klubuna keçib. Bundesliqa təmsilçisi almaniyalı əlcək sahibi ilə 1 illik icarə müqaviləsi bağlayıb.

 

"Liverpul" 2016-cı ildə "Maynts"dan 7,5 milyon avro qarşılığında transfer etdiyi qolkiperi son 2 mövsümdə "Beşiktaş"a icarəyə vermişdi.

Xəbər xətti