"Qarabağ" Azərbaycanın əmsallarını artırdı

13:23 - 2 Oktyabr 2020

Avropa Liqasının pley-off mərhələsinin oyunlarından sonra UEFA-nın yeni əmsallar cədvəli açıqlanıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Polşada "Legiya"nı 3:0 hesabı ilə udması Azərbaycanın aktivinə daha 0,375 xal yazdırıb. Bununla da ölkəmiz ümumi xal sayını 16,625-ə yüksəldib. 26-cı pillədəki mövqeyini möhkəmləndirən Azərbaycan Qazaxıstanı 1 xal üstələyib.

 

25-ci pillədəki Rumıniyanın ÇFR klubu qrupa yüksələrək ölkəsinin aktivinə 0,375 xal yazdırıb. Hazırda bu ölkənin 17,200 xalı var.

Xəbər xətti