"Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq" - "Sivasspor"un baş məşqçisi

17:29 - 2 Oktyabr 2020

Avopa Liqasında "Qarabağ"la eyni qrupa düşən "Sivasspor"un baş məşqçisi Rza Çalımbay açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, Azərbaycan təmsilçisinin güclü komanda olduğunu söyləyib:

 

"Qrupumuz yaxşı görünür. İnşallah, bu qrupdan çıxacağıq. Ancaq asan rəqiblər deyil. "Vilyarreal"ın adını çəkmirəm, onsuz da hamı tanıyır. "Qarabağ" və "Makkabi" də güclü komandadır. Heyətimizi Avropa Liqasına uyğun qurmuşuq. Biz bu qrupdan çıxaracağıq".

 

Bu gün atılan püşkün nəticəsinə görə "Qarabağ" I qrupunda "Vilyarreal" (İspaniya), "Makkabi" (Tel-Əviv, İsrail) və  "Sivasspor" (Türkiyə) ilə mübarizə aparacaq.

Xəbər xətti