Milli Monteneqroya uduzdu - YENİLƏNİB

Azərbaycan millisi növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yığma UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Monteneqronun qonağı olub.

2 turdan sonra 3 xalı olan milli qələbə qazanacağı təqdirdə 1-ci sıraya yüksələ bilərdi. Ancaq rəqibinə 0:2 hesabı ilə uduzan komanda 3 xalla hazırda 3-cü sıradadı.

Canni De Byazinin rəhbərlik etdiyi kollektiv ilk turda Lüksemburqa evdə 1:2 hesabıyla məğlub olub, Kiprə isə səfərdə qalib gəlib – 1:0. Monteneqro daha əvvəl Kirpi 2:0, Lüksemburqu 1:0 hesabıyla üstələyib.

Yığmamızın qrupundakı digər görüşdə Lüksemburq Kipri 2:0 hesabı ilə məğlub edib.

UEFA Millətlər Liqası
C Liqası, I qrup

10 otkyabr

17:00. Monteneqro – Azərbaycan - 2:0

Qollar: Stefan Yovetiç, 9, İqor İvanoviç, 72


Baş hakim: Rikardo Benqoeçea (İspaniya)
Podqoritsa. Şəhər stadionu

 

Monteneqro: 12. Milan Miyatoviç, 20. Momçilo Raspopoviç, 6. İqor Vuyaçiç, 22. Marko Simiç. 2. Risto Radunoviç, 8. Marko Bakiç. 4. Nikola Vukçeviç, 21. Aleksandar Bolyeviç, 10. Stevan Yovetiç (k), 17. Sead Hakşabanoviç, 9. Dino İslamoviç
Ehtiyat oyunçular: 1. Daniyel Petkoviç, 13. Miloş Draqoyeviç, 3. Aleksandar Şofranats, 5. Darko Bulatoviç, 7. Marko Yankoviç, 11. Fatos Beçiray, 14. Deni Hoçko, 15. Marko Vukçeviç, 16. Branislav Yankoviç, 18. Neboyşa Kosoviç, 19. Miloş Raiçkoviç, 23. İqor İvanoviç
Baş məşqçi: Faruk Hacibeqiç

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 13. Abbas Hüseynov 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 16. Elvin Camalov, 9. Əli Qurbani, 22. Rəhim Sadıxov, 19. Namik Ələsgərov
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 7. Araz Abdullayev, 8. Coşqun Diniyev, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev, 22. Mirabdulla Abbasov
Baş məşqçi: Canni De Byazi

Tarix: 10 Oktyabr [18:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio