"Əsas oyunlarımız "Qarabağ" və "Makkabi"yə qarşı olacaq"

15:53 - 21 Oktyabr 2020

Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının İ qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçından öncə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, o, qrupda əsas rəqiblərinin "Qarabağ" və "Makkabi" olduğunu söyləyib:

"Vilyarreal" güclü komandadı. Hər şeydən xəbərdarıq. Həm özümüz, həm də Türkiyə üçün önəmli matçlar oynayacağıq. Zədəli futbolçular var və bu səbəbdən, matça 17-18 oyunçudan ibarət heyətlə çıxacağıq. Qrupda ilk matç çox önəmlidi. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdı. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".

Xəbər xətti