"Qarabağ"ın rəqibində koronavirusa daha üç yoluxma

10:08 - 25 Noyabr 2020

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın növbəti rəqibi olan "Sivasspor"un daha 3 nəfər koronavirusa yoluxub.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb. Sözügedən şəxslərdən 2-nin futbolçu, 1-nin isə klub işçisi olduğu bildirilib. Onlar artıq karantinə alınıb.

Bunadək Türkiyə klubunda 6 futbolçunun koronavirusa yoluxduğu açıqlanmışdı.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"u qəbul edəcək. Noyabrın 26-da "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Xəbər xətti