Nəbiyevli "Viktoriya"dan məğlubiyyət

01:05 - 29 Noyabr 2020

Çexiya II Liqasında X turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) doğma meydanda Praqa "Dukla"na məğlub olub - 0:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana buraxılıb.

10 turdan sonra 18 xala malik "Viktoriya" 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti