"Messi xəyanədə uğradı"

18:14 - 4 Dekabr 2020

"Barselona"da prezidentliyə namizəd Xuan Laporta açıqlama verib. O, yayda komandadan ayrılmaq istəyən Lionel Messi barədə danışıb.

Sportal.az xəbər verir ki, 2003-2010-cu illərdə Kataloniya klubuna rəhbərlik edən Laporta argentinalı super-ulduzu Kataloniya klubunda saxlamaq istədiyini söyləyib:

"Messi "Barselona"nı sevir. Mənim məqsədim ona keçmiş xoşbəxtliyini qaytarmaqdı. Bu, sadəcə maliyyə ilə bağlı məsələ deyil. Rəqabətli komanda yaratmalıyıq. Messi xəyanətə uğradı və bu da klub üçün böyük bir itkidi. O, əsl qalib olduğu üçün digər komandaların Çempionlar Liqasında qalib olmasına tab gətirmir.

Ona "Barselona"da etdikləri üçün minnətdar olmalıyıq. 16 yaşı olandan bəri messini tanıyıram. Həmişə qeyri-adi insan olub. Hər baxımdan gözləntilərini qarşılayacaq bir təklif təqdim etməyimiz üçün bu işdə olmalıyıq".

"Barselona"da prezident seçkiləri yanvarın 24-də keçiriləcək.

Xəbər xətti