"Zirə" - "Qəbələ": 23-cü duel

22:47 - 18 Yanvar 2021

Azərbaycan Premyer Liqasında mövsümün ikinci hissəsinə bu həftə start veriləcək. “Qəbələ” 2021-ci ildə ilk oyununu “Zirə”yə qarşı keçirəcək.

 

Sportal.az xəbər verir ki, XIV turun qarşılaşması Bakıda baş tutacaq. Bu, ilk dövrədə 1:1 hesablı heç-heçə edən rəqiblərin ümumilikdə 23-cü dueli olacaq. İndiyədək komandalar 20 çempionat və 2 kubok matçında üz-üzə gəlib. Bu qarşılaşmalarda 9 qələbəsi olan “qırmızı-qaralar” eyni sayda heç-heçəyə nail olub və yalnız 4 dəfə uduzub. Rəqib qapısından 32 top keçirən komanda 19 top buraxıb. Bu oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 4 qola imza atan Aleksey Qaydır. Ermin Zets 3, Teo Uiks, Filip Ozobiç, Stiven Monroz, Davit Volkov, Rövlan Muradov və Fernan Lopez 2 qola sevinib. Ümumilikdə isə komanda ardıcıl 6 matçda meydanı qolsuz, 7 oyunda xalsız tərk etməyib.

 

Premyer Liqadakı 20 görüşdən yeddisində 3, doqquzunda 1 xal əldə edən “qırmızı-qaralar” 4 dəfə meydandan məğlub ayrılıb. Komanda 25 qol vurduğu matçlarda 17 top buraxıb.

 

Səfərdə 11 qarşılaşmaya çıxan “Qəbələ” rəqib meydanında 4 dəfə qalib gəlib, 3 dəfə məğlub olubsa, 4 matç sülhlə nəticələnib. “Qırmızı-qaralar” bu görüşlərdə 15 qol vurub və 11-ni buraxıb.

 

“Zirə” - “Qəbələ” matçı yanvarın 21-də keçiriləcək.

Xəbər xətti