David Alaba "Real"la razılığa gəldi

13:27 - 19 Yanvar 2021

Mövsümün sonunda "Bayern"lə müqaviləsi başa çatacaq David Alabanın yeni klubu müəyyənləşib.

 

Sportal.az "Marca" nəşrinə istinadla xəbər verir ki, Avstriya millisinin üzvü karyerasını İspaniyanın "Real" klubunda davam etdirəcək. 28 yaşlı müdafiəçi "kral klubu" ilə 4 illik razılıq əldə edib.

 

Onun həftəlik maaşı 230 min avro olacaq. Təcrübəli futbolçu yeni mövsümdə azad agent statusu ilə Madrid təmsilçisinə keçəcək.

 

Alaba 2008-ci ildən "Bayern"də çıxış edir.

Xəbər xətti