"Səviyyəsindən hələ də aşağı oynayan futbolçular var" - Lempard

14:35 - 20 Yanvar 2021

İngiltərə Premyer Liqasının 19-cu turunda "Lester Siti"yə 0:2 hesabı ilə uduzan "Çelsi"nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis klubdakı gələcəyi barədə nəsə bilmədiyini deyib:

 

"Çelsi"də gözləntilər hər zaman böyük olub və belə də qalacaq. Əgər vəzifəmdə qalsam, bu, mənim qərarım olmayacaq. Klub rəqabətə hazır olmadığı üçün çətin anlar yaşayacağımızı bilə-bilə komandanı çalışdırmağı qəbul etmişəm. Həmin vaxt transfer qadağamız da var idi. Gənc oyunçular var, formaya düşməyə çalışan istedadlı oyunçulara sahibik. Hazırda döyüşməliyik. Səviyyəsindən hələ də aşağı oynayan futbolçular var. "Lester Siti" bizdən daha çox qaçdı və fürsətlər yaratdı. Hər şeyin təməlində qaçmaq var, ancaq bəzi oyunçularımız bunu etmədi".

Xəbər xətti