"Qəbələ"nin keçmiş futbolçusu Sergey Zenyovun yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, Qazaxıstanın "Şaxtyor" klubundan ayrılan estoniyalı hücumçu karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı hücumçu "Flora" klubu ilə 2 illik müqavilə imzalayıb.
Zenyov 2015-2017-ci illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"da keçirdiyi 47 matçda 8 qol vurub.
Tarix: 20 Yanvar [18:06]
|
|
Müəllif: Sportal.az
|