Milli seçmə mərhələni qələbə ilə başa vurdu

Bu gün futbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda Moldova seçməsi ilə üz-üzə gəlib. “ASK Arena”da keçirilən görüşün taleyini bir qol həll edib. Aysun Əliyevanın 46-cı dəqiqədə vurduğu qol yığmamıza qələbə qazandırıb.

 

Son olaraq bir neçə gün öncə İspaniya yığmasına 0:13 hesabı ilə uduzan millimiz yer aldığı D qrupunda bu oyuna qədər xal qazana bilməmişdi və sonuncu – 5-ci pillədə qərarlaşmışdı. Son oyundakı qələbə də yığmamızın mövqeyinə təsir etməyib. Komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.

 

AÇ-nin seçmə mərhələsi
D qrupu
23 fevral

Azərbaycan – Moldova 1:0
Qol:
Aysun Əliyev, 46.
Bakı. “ASK Arena”.

 

Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 8. Firəngiz Teymurova (7. Vüsalə Hacıyeva, 90+1), 10. Kristina Bakarandze (9. Coşqunə Əliyeva, 90+1), 14. Nazlıcan Parlak, 15. Kamilla Məmmədova (13. Nərgiz Hacıyeva, 79), 17. Vüsalə Seyfəddinova, 18. Alina Dorofeyeva, 21. Aysun Əliyeva (k).

 

Ehtiyat oyunçular: 12. Nərgiz Əliyeva, 22. Aytac Feyzullayeva, 3. Lamiyə Əlizadə, 6. Rövşanə Sərdarlı, 11. Mislina Gözukara, 16. Alina Nəhmədova, 19. Sona Rəhimova, 20. Roza Quliyeva, 23. Yeliz Acar.

 

Baş məşqçi: Siyasət Əsgərov.

 

Moldova: 12. Natalia Munteanu (k), 2. Kristina Çeresku, 3. Dumitrita Prisakari, 7. Ludmila Karaman, 9. Anastasiya Toma, 10. Karolina Tabur, 11. Klaudiya Çiper, 13. Violeta Mitul, 16. Daniela Mardari (20. Veronika Kojuhari, 46), 17. Nadejda Kolesniçenko, 21. İrina Topal.

 

Ehtiyat oyunçular: 1. Marqarita Panova, 4. Evgeniya Railean, 6. Elina Kokeanovski, 8. Françeska Kovali, 14. Kristina Musteata, 15. Nadejda Petrovskaiya, 18. Byanka Druta, 20. Veronika Kojuhari, 22. Yuliana Kolnik.

 

Baş məşqçi: Eduard Blanuta.

Tarix: 23 Fevral [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 Mart 2021
4  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio