Nuriyev dubl etdi, "Minay" qalib gəldi - VİDEO

22:22 - 1 Mart 2021

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
 

Sportal.az xəbər verir ki, Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin çıxış etdiyi “Minay" evdə Donetsk “Olimpik”in' 2:1 hesabı ilə qalib gəlib.

 

Nuriyev start heyətində meydana çıxıb və komandasının hər iki qolunu vurub. Kapitan 13 və 45+1-ci dəqiqələrdə penaltidən fərqlənib. Ancaq o, 18 və 85-ci dəqiqədə sarı vərəqələr alaraq meydandan qovulub. Rüstəm isə 68-ci dəqiqədə meydana daxil olub və 90+2-ci dəqiqədə əvəzlənib.

 

“Minay” 16 turdan sonra 13 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.

 

AFFA Anatoli Nuriyev və Rüstəm Əhmədzadənin  milliləşdirilməsi ilə bağlı danışıqlara başlayıb.

 

Xəbər xətti