Azər Əliyev oynadı, "Tambov" "Dinamo"ya uduzdu

23:49 - 7 Mart 2021

Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azər Əliyevin formasını geyindiyi "Tambov" Moskvada "Dinamo"nun qonağı olub və 0:2 hesabı ilə uduzub.

 

Azər yeni komandasında start heyətdə oyuna başlayıb və sonadək mübarizə aparıb.

 

"Tambov" 13 xalla 16 komanda arasında sonuncu - 16-cı yerdə qərarlaşıb. "Dinamo" 36 xalla 5-cidir. Turnir cədvəlinə 42 xalla "Zenit" başçılıq edir.

Xəbər xətti