Bəybalayevli "Telavi" öz meydanında uduzdu

12:40 - 9 Aprel 2021

Gürcüstan çempionatında VII turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” doğma meydanda Batumi “Dinamo”suna uduzub – 1:2.

 

27 yaşlı yarımmüdafiəçi start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Vüqar 41-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

“Telavi” 6 xalla 10 komanda arasında 8-cidir.

Xəbər xətti