Mamadu Mboc: “Yunanıstana nə üçün gəldiyimizi bilirik”

“Neftçi”nin müdafiəçisi Mamadu Mboc Çempionlar Liqasının 2-ci mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, seneqallı futbolçu mətbuat konfransında bunları söyləyib:

 

“Bura nə üçün gəldiyimizi bilirik. Oyuna yaxşı hazırlaşmışıq. Sabah uğurlu oyun sərgiləməyə çalışacağıq. “Olimpiakos”la oyuna çox yaxşı hazırlaşmışıq. Əvvəllər gördüyünüzdən daha yaxşı Mbodj görəcəksiniz. İnanıram ki, sabah yenə sinəmdə Babakarın fotosunu görəcəksiniz. Yeni transferlərimiz də var. İnanıram ki, onlar bizim gücümüzə güc qatacaqlar. Hər ikisini salamlayıram”.

Tarix: 21 İyul [00:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio