"Çukariçki"nin müdafiəçisi:"Biz daha keyfiyyətli komandayıq"

12:17 - 28 İyul 2021

"Çukariçki"nin müdafiəçisi Miladin Stefanoviç Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Sumqayıt"la cavab qarşılaşması öncəsi klubun saytına danışıb. 

 

Sportal.az xəbər verir ki, serbiyalı futbolçu Sumqayıtdakı oyunda komandasını daha şanslı hesab edir: 

 

"İlk matçda bütün oyuna biz dominantlıq edirdik. Sadəcə bu hesabda öz əksini tapmadı. Həmin hesabla da cavab oyununa çıxacağıq. Belqraddakı oyunda nəticədən başqa, hər şey istədiyimiz kimi idi. "Sumqayıt"a 1-2 qol vura bilərdik. Evdəki matçda qələbəyə layiq idik. Azərbaycanda istədiyimizə çatacağımıza inanırıq. İlk oyundakı reallaşdırmanın zəif olması nəticəyə təsir etdi. Hardasa soyuqqanlılıq çatışmadı. Qətiyyət lazım idi. “Sumqayıt” 0:0 hesabından sonra evdə uğurlu nəticəyə ümidlidi. Amma mən yenə də düşünürəm ki, bizim komanda daha yaxşıdı, növbəti mərhələyə yüksələn komandada da biz olacağıq".

 

25 yaşlı müdafiəçinin fikrincə, "Sumqayıt" Belqraddan 0:0 hesabı ilə qayıtsa da, cavab oyunu onlar üçün ağır alınacaq: "Sumqayıt" evə istədiyi nəticə ilə qayıtdı. Ancaq cavab matçı onlar üçün çətin olacaq. Bizim üçün meydança, rəqib azarkeşlər, iqlim şəraiti problem olmamalıdı. Heç bir bəhanə ola bilməz. Rəqibi qiymətləndirməmək kimi fikrimiz yoxdu. Sadəcə biz daha keyfiyyətli komandayıq". 

 

Stefanoviç, oyunsonrası penaltilərin olmasını da ehtimal edir: "Biz səbrli oynayacağıq. Ancaq növbəti mərhələyə daha istəkli olan çxacaq. Bir qol bizə çox şey verib, çox şeyi də bizdən ala bilər. Çox ağır olacaq. 90 dəqiqəni 1:0 qalib gəlməyə razıyam. Əlbəttə ki, hər şey oyunsonrası penaltilərlə də həll oluna bilər. Mən Avropa Liqasının qrup mərhələsində oynamışam. Konfrans Liqasındakı klublar da Avropa Liqasındakı komandalarla eyni səviyyədədi. "Çukariçki" hər mövsüm avrokuboklarda oynamalıdı. İndi bütün fikrimiz “Sumqayıt”la oyuna yönəlib".

Xəbər xətti