Monteneqrolu: "Ötən mövsüm yaxşı alındı, ona görə Azərbaycanda qalmaq istədim"

“Bəli, “Qəbələ” ilə razılaşdıq. Komandaya geri dönürəm. Qarşıdakı mövsümdən yenidən bu komanda üçün oynayacam”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında monteneqrolu futbolçu Stefan Vukçeviç deyib.

 

Ötən mövsüm də bölgə klubunun heyətində çıxış edən yarımmüdafiəçinin qarşıdakı mövsümə bu komandada oynayıb-oynamayacağı dəqiq deyildi. Vukçeviç “Qəbələ”də qalmasına bu cür şərh verib: “Qəbələ” gözəl tarixi olan, əla klubdu. Bu klub daha yaxşısına layiqdi. “Qəbələ”dəki insanlar məni sevir, mən də onları. Ötən mövsüm mənim üçün çox yaxşı alındı. Ona görə də Azərbaycanda qalmaq istədim".

Tarix: 28 İyul [15:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio