"Sabah"ın Gürcüstan klubuna məğlubiyyəti - VİDEO

11:58 - 29 İyul 2021

Gürcüstanda təlim-məşq toplanışında olan "Sabah" sonuncu yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ramin Quliyevin rəhbəlik etdiyi kollektiv yerli "Saburtalo" klubu ilə qarşılaşıb.

 

Görüş Azərbaycanın mərhum gənclər və idman naziri Azad Rəhimovun xatirəsinə həsr olunub. “Zestafoni” təlim-məşq bazasının stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabıyla bitib. Qarşılaşmanın ilk yarısında rəqib hesabı açsa da, 74-cü dəqiqədə Veysəl Rzayev “Sabah”ı məğlubiyyətdən xilas edib. 90 dəqiqə heç-heçə bitdiyi üçün qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Saburtalo” 4:2 üstün olub.

 

“Sabah” Tbilisi toplanışı çərçivəsində “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klublarıyla qarşılaşıb.

 

Yoxlama oyunu

28 iyul

Sabah – Saburtalo 1:1 (penaltilər 2:4)

 

Xəbər xətti