"Qarabağ"da yerli və legionerlər arasında ən məşhur, ən çox izlənən kimdi? - FOTO

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissələrindən birinə çevrilib. Ölkəmizdə sosial şəbəkələr arasında daha çox instaqramın populyar olduğunu desək, yanılmarıq. İnstaqram futbolçular tərəfindən də tez-tez ziyarət edilən məkandı.



Yerli klublarımızın futbolçuları da instaqramda aktivdi. Bu mövsüm avrokuboklarda qrup mərhələsində yeganə təmsilçimiz olacaq “Qarabağ” futbolçularından kimin daha çox populyar olduğunu, kimin daha çox izlənildiyini diqqətinizə çatdıracağıq.



Ağdam klubunda ən çox maraq dairəsində olan futbolçu Riçard Almeydadı. Milli komandamızın sabiq üzvününün 52, 600 izləyicisi var. Onun ardından Qara Qarayev gəlir. Yerlilər arasında ən çox izləyicisi olan 3-cü futbolçu isə Ramil Şeydayevdi. Komandanın kapitanı Maksim Medvedev isə instaqramda ən az izləyicisi olanlardan biridi. Məsələ burasındadır ki, futbolçunun şəxsi hesabı bağlıdı və yaxınları üçün sosial şəbəkəni işlətdiyi qənaətinə gəlmək olar. 



Ağdam klubunun bütün legionerləri də instaqramda tez-tez paylaşımlar edir. Legionerlər arasında ən çox izlənilən futbolçu komandanın aparıcı üzvü Abdulla Zubirdi. Fransalı bütün legionerlərdən daha çox maraqlı olandı.



“Qarabağ”ın yay transferlərindən olan Marko Veşoviç ən çox izlənilən 2-ci futbolçudu. Monteneqro millisinin üzvünü izləyənlər arasında polşalılar da az deyil.



Məsələ burasındadır ki, Marko "Qarabağ"dan əvvəl "Legiya"da çıxış edib. Ağdam klubunun yeni forvardı, Premyer Liqanın 3-cü turu çərçivəsində “Neftçi”ylə görüşdə dubl edən İbrahima Vadji isə legionerlər arasında ən az izləyicisi olandı.




Riçard Almeyda -52.600
Qara Qarayev- 52.400
Ramil Şeydayev - 30.200

Abdulla Zubir – 24.000
Marko Veşoviç – 19. 500
Xayme Romero – 14.800
​İbrahima Vadji - 5477

Tarix: 14 Sentyabr [13:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16  Sentyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio