Yeni yaradılan klub rəqiblərini hansı stadionda qəbul edəcək?

16:06 - 23 Sentyabr 2021

Azərbaycan milli komandasının sabiq üzvü Cavid Hüseynovun yeri yaratdığı "Cəbrayıl"ın Regional Liqada oynayacağı dəqiqləşib.

Sportal.az saytının məlumatına görə, eyniadlı şəhəri təmsil edəcək komanda hələ ki, ev oyunlarını Bakıda keçirəcək.

Komandanın rəqiblərini Fövqəlada Hallar Nazirliyinin Hövsanda yerləşən stadionunda qəbul edəcək.

“Cəbrayıl”ın məşqlərini keçirməsi üçün isə stadion axtarışları davam etdirilir.

​Yaxın günlərdə baş məşqçinin kimliyinə də aydınlıq gələcək.

Xəbər xətti