"Real" yaponla müqavilə imzalayacaq

12:17 - 24 Sentyabr 2021

“Real” rəhbərliyi yaponiyalı futbolçusu Takefuso Kubo ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Sportal.az xəbər verir ki, hazırda “Malyorka”da icarə əsasında çıxış edən 20 yaşlı forvard özü də bu təklifə isti yanaşıb. “Real” rəhbərliyi yaponiyalının cari mövsümki çıxışından razıdı. Məhz buna görə də onunla yeni müqavilə imzalamaq niyyətindədi.

​Ötən mövsüm “Vilyareal” və “Xetafe”də icarə əsasında çıxış etmiş Kubo 37 oyunda 2 qol vurmuşdu. 2019-cu ildə “Tokio”dan “Real”a keçən kubokunun “kral klubu” ilə müqaviləsi 2023-cü ildə başa çatacaq. 

Xəbər xətti