"Borussiya"da Haaland şoku

15:50 - 22 Oktyabr 2021

Dortmund "Borussiya"sının heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisinin hücumçusu Erlinq Haaland sırandan çıxıb. Bud əzələsindən zədələnən ulduz futbolçu ən azı 2 həftə komandasına kömək edə bilməyəcək.

 

Haaland tvitter səhifəsində etdiyi paylaşımda daha güclü şəkildə dönəcəyini bildirib.

 

Qeyd edək ki, 21 yaşlı forvard bu mövsüm meydana çıxdığı 10 matçda 13 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti