Salah Premyer Liqada tarixə keçdi

12:09 - 25 Oktyabr 2021

Mohammed Salah İngiltərə Premyer Liqasının ən çox qol vuran afrikalısı olub.

Sportal.az xəbər verir ki, misirli İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Mançester Yunayted”lə görüşün ilk yarısında dublla yadda qalıb.

Belədə, Salah 106-cı qola imza ataraq Premyer Liqadakı ən çox qol vuran afrikalı olub. Ona qədər ən yüksək göstərici isə 104 qolla Didye Droqbaya məxsus idi. 

Xəbər xətti