"Niderlandı məğlub etməliyik" - Norveçin baş məşqçisi

DÇ-2022-nin seçmə mərhələsində evdə Latviya ilə oyunda (0:0) vacib 2 xal itirən Norveç millisinin baş məşqçisi Stale Solbakken açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 53 yaşlı norveçli mütəxəssis son turda Niderlandı məğlub etmək istədiklərini deyib:

 

"Bu oyunda bizim üçün hər şey tam təsrinə oldu. Ümidlər azaldı. Hər şey ola bilər. Son turda Niderlandı məğlub etməliyik. Monteneqro - Türkiyə matçında da hər şey baş verə bilər. Üzülməyə vaxtımız yoxdur. Son turu düşünməliyik".

 

Seçmə mərhələnin başa çatmasına 1 tur qalmış Niderland 20 xalla qrup lideridir. Türkiyə və Norveç 18 xalla 2-3-cü yerləri bölüşürlər. Son turda Niderland Norveçlə, Türkiyə isə Monteneqro ilə qarşılaşacaq. Qrup lideri birbaşa dünya çempionatına vəsiqə qazanacaq. 2-ci pillənin sahibi isə pley-offda mübarizə apacaq.

Tarix: 14 Noyabr [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio