"Qarabağ"ın rəqibinin hücumçusu "Barselona"nın hədəfində

"Barselona" qış fasiləsində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi Konfrans Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Bazel"in forvardı Artur Kabralla maraqlanır. La Liqa klubu braziliyalı forvardı mövsümün sonunda almaq maddəsi ilə icarəyə götürməyi planlaşdırır.

 

Qeyd edək ki, Artur Kabral "Bazel"ə 2019-cu ildə Braziliyanın "Palmeyras" klubundan keçib. 23 yaşlı forvard bu mövsüm İsveçrə təmsilçisinin heyətində meydana çıxdığı 24 matçda 23 qol və 8 asistlə yadda qalıb.

Tarix: 19 Noyabr [16:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio