"Sabah"dan ilk: Ən uzun 9 seriyadan biri qırıldı

Premyer Liqanın XI turu “Sabah”ın tarixində ilk dəfə “Neftçi”ni məğlub etməsi ilə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, bu, komandalar arasında 13-cü dueldə gerçəkləşib. “Sabah” 2 heç-heçə edib, 10 dəfə uduzduğu rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 

Bu, Azərbaycan çempionatları tarixində 9 ən uzun analoji seriyadan biri idi. Mütləq rekord “Zirə”yə 24 matçda uduzmayan “Qarabağ”a məxsusdur. “Kəpəz” MOİK-lə 22, “Neftçi” “Şəfa” ilə 17, “Turan” “Kür-Nur”la 16, “Keşlə” MOİK-lə 14 qarşılaşmanın heç birində uduzmayıb. Üç dueldəki seriya isə 12-yə bərabərdir. “Keşlə” “Rəvan”, “Kəpəz” Bərdə “Pambıqçı”sı, “Qarabağ” “Sabah”a qarşı keçirdiyi 12 görüşün hamısında xal qazanıb.

Tarix: 22 Noyabr [10:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Yanvar 2022
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio