Asiyada legioner həyatı yaşayan azərbaycanlı: "Məqsədim yüksək liqada oynamaqdı"

14:23 - 26 Noyabr 2021

Karyerasını Taylandın "Kamphengphet" klubunda davam etdirən Məmməd Quliyev Sportal.az saytına açıqlama verib. 10 turdan sonra 3 qol və 5 assistlə yadda qalan futbolçu Taylanddakı çıxışı ilə bağlı bu cür danışıb:

"12 komanda arasında 6-cı pillədəyik. Turnir cədvəlindəki yerimiz pis deyil. 6-cı pillədə olsaq da, yuxarı yerlərlə xal fərqimiz çox deyil. Son turlarda daha inamlı oynamışıq. Bu mövsüm çox yaxşı komandamız var. Bir neçə klubdan təklif almışam. Yuxarı liqalarda oynayan klublardan da var, öz liqamızdandı. Amma mən burada qalmaq istəyirəm. Mövsüm sonuna qədər qalacam burada. Özümü xoşbəxt hiss edirəm komandada. Yəqin ki, qarşıdakı mövsümdə də “Kamphenqphet”də qalacam".

"Artıq dil problemim də yoxdu. Çünki yerli dildə az-çox danışa bilirəm. Burada mənə çox yaxşı yanaşırlar. Taylandda qalmaq istəyirəm. Məqsədim Tayland yüksək liqasında oynamaqdı. Bunun üçün isə çox işləmək lazımdı. Çünki legionerəm” – deyə, Quliyev fikirlərini yekunlaşdırıb.

Xəbər xətti