Avroliqada həftənin ən yaxşısı bilindi

18:43 - 10 Dekabr 2021

UEFA Avropa Liqasında qrup mərhələsinin son turunun ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Napoli"nin yarımmüdafiəçisi Elif Elmas həftənin ən yaxşısı seçilib. Şimali Makedoniya millisinin üzvü Mislav Orşiç ("Dinamo" (Zaqreb)), Aleksandr Selinkov ("Spartak") və Mikel Oyarzabalı ("Real Sosyedad") qabaqlayıb.

 

Qeyd edək ki, "Napoli"nin "Lester Siti"ni 3:2 hesabı ilə məğlub etdiyi matçda Elif Elmas 2 qol vurub.

Xəbər xətti