Qurban Qurbanov: "Daha bir transfer gözlənilir"

"Qarabağ"ın qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edəcəyi gözlənilir.

 

Sportal.az xəbər verir ki, bu haqda Qol.az-a açıqlamasında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib. 

 

O, bu gün Antalyada "Qaz Metan"a (Rumıniya) qarşı yoxlama görüşündən (0:0) sonra saytımıza bildirib ki, hücum xəttini bir legionerlə gücləndirilmək istəyirlər: 

 

"Əgər alınsa, bu qış bu transferi gerçəkləşdirmək istəyirik. Əks təqdirdə, həmin xəttə transferi yayda reallaşdıracağıq".

 

Xatırladaq ki, "Qarabağ" bu qış  Rüstəm Əhmədzadə,  Luka Quqeşaşvili və Leandro Andradeni transfer edib.

Tarix: 14 Yanvar [21:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Avqust 2022
8  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio