"Neftçi" xorvatiyalı qapıçı ilə danışıq aparır

16:45 - 20 Yanvar 2022

"Neftçi" heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.

Sportal.az xəbər verir ki, Aqil Məmmədov zədəli olduğu üçün bir müddətdi, bu mövqeyə oyunçu axtaran "ağ-qaralar" axtardığını Latviyada tapıb. Klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin "FutbolPress"ə verdiyi məlumata görə, "Neftçi" xorvatiyalı İvan Brkiçlə danışıq aparır. Əgər 26 yaşlı qolkiperlə razılıq əldə olunsa, yaxın zamanda münasibətlər rəsmiləşdiriləcək.

Brkiçin son klubu "Riqa" olub. 2021-ci ilin fevralından Latviya təmsilçisində oynayan qolkiper dünən oradan ayrılıb. Karyerası ərzində Bosniyada "Jrinski"nin də formasını geyinən İvan ölkəsində "Karlovaç", "İstra", "Lokomotiva", "İmotski" və "Çibalia"nın uğurları üçün çalışıb. O, Xorvatiyanın U-19 və U-21 millilərinin də üzvü olub.

Xəbər xətti