Arda Turan: "Olduğumuz vəziyyətdən utanmalıyıq"

15:59 - 21 Yanvar 2022

"Qalatasaray" Türkiyə Super Liqasının 22-ci turunda doğma meydanda "Kasımpaşa"ya 1:3 hesabı ilə məğlub olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra "sarı-qırmızılar"ın kapitanı Arda Turan açıqlama verib. Təcrübəli yarımmüdafiəçi komandanın olduğu vəziyyətə görə utandığını deyib:

 

"İşimiz çox çətindir. UEFA Avropa Liqası oyununa kimi bu vəziyyətdən çıxmaq məcburiyyətindəyik. Böyük komanda oyunçularının liderdən 20-25 xal geridə olarkən motivasiya olmaları çox çətindir. Komanda yoldaşlarımı anlamağa çalışıram, amma hazırda olduğumuz vəziyyət bizə heç yaraşmır. Utanmalıyıq. Öz adıma utanıram. Zədə mənə çox təsir etdi. Beş ay ərzində heç nə edə bilmədim. Bəlkə də futbol karyeramın ən pis günlərini yaşayıram. Toparlanmaq lazımdır. Bu vəziyyəti biz yaratdıq. Qaçmayacağıq. Komanda yoldaşlarıma səslənmək istəyirəm. Qorxmadan, cəsarətlə meydana çıxıb mübarizə aparmalıyıq. "Qalatasaray" forması çox dəyərlidir. Öncə olduğumuz vəziyyətdən utanmalıyıq. Sonra isə daha çox çalışmalıyıq".

Xəbər xətti