İsveçə qayıdan azərbaycanlı futbolçu: "Den Boş" təklif göndərib, qəti qərarımı verməmişəm" - MÜSAHİBƏ

"Göteborq"un yetirməsi, hazırda "Savadelans"da çıxış edən Ayxan Cabbarov Sportal.az saytına müsahibə verib. Bir müddət əvvəl "Sumqayıt"da baxışda olan futbolçu İsveçə qayıtmasından və Azərbaycan Premyer Liqasında oynamağının mümkünlüyündən söhbət açıb.

- İsveçə qayıtmısan?
- Bəli, artıq İsveçdəyəyəm. Məşqlərə də başlamışam.

- Bir müddət əvvəl "Sumqayıt"ın məşqlərinə qoşulmuşdun. Müqavilə imzalamadınız?
- Dəvət etmişdilər, gəldim komandanın düşərgəsinə qoşuldum. Hər şey normal alındı, məşqlərdə iştirak etdim. Özümü pis tərəfdən göstərmədiyimi düşünürəm. 

- Aleksey Baqa səninlə söhbət etdi? Sirr deyislə, nə dedi sənə?
- Bəli, məşqlərin gedişində bir neçə dəfə söhbət etdik. Mənə normal yanaşdı. "Sumqayıt"da yaxşı futbolçular yer almışdım. Oradakı futbolçulardan zəif olmadığını düşünürəm. Yaxşı futbolçular yer almışdı komandada. Hər halda sonda İsveçə qayıdası oldum. Amma "Sumqayıt" mənimlə kontaktdadı. Danışıqlarımız davam edir.

- Yəni "Sumqayıt"a keçmək ehtimalın var?
- Klubdan zəng edib atamla danışıblar. Məni bəyənmədilər deyə, bir şey yoxdu. Sadəcə danışıqlar gedir. Alınsa, yayda "Sumqayıt"a qoşulacam. İndi isə "Savadalens"lə məşqlərə çıxmışam. Hər halda yaya qədər məşqsiz, futbolsuz qalası deyiləm. Qəti qərarımı verməmişəm. 

- Başqa təkliflərin var?
- Təkliflərim çoxdu. "Savadalens" də mənimlə müqavilə imzalamaq istəyir. "Den BOŞ" və GAİS də mənə təklif göndərib. Hələ ki, konkret qərarımı verməmişəm. Azərbaycanda ona görə oynamaq istəyirdim ki, vətənimdi, oranı sevirəm, orada oynamağa müsbət yanaşıram. Yayda necə olacaq hamı görəcək. Haqqımda doğru olmayan xəbərlər yazıldığını gördüm. Yəqin ki, söhbətin içində deyillər deyə, belə xəbərlər yazmışdılar. Yəqin ki, artıq indi məlumatlıdılar. "Sumqayıt"la danışqı gedir və hər şey yayda dəqiqləşəcək.

Tarix: 22 Yanvar [17:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio