Qurban Qurbanovla 250-ci qələbə

11:17 - 13 May 2022

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında Premyer Liqada 250-ci qələbəsini qazanıb.

 

Sportal.az xəbər verir ki, bu, XVI turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

 

2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-sində qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.

 

Qeyd edək ki, Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.

Xəbər xətti