Millimizin üzvü Macarıstanda ən yaxşı seçildi

15:13 - 13 May 2022

“Vaşaş”la Macarıstan çempionu titulunu sahib olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ayşən “Vaşaş”la bu mövsüm 3 titul qazanıb. Təcrübəli blokçumuzun komandası bunadək MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi və ölkə kubokunun sahibi adını da əldə edib.

Xəbər xətti