AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edildi:
Premyer Liqanın XXVI turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);
Tarix: 13 May [15:49]
|
|
Müəllif: Sportal.az
|