"Sabah" legionerini saxlamaq niyyətindədi

17:38 - 13 May 2022

“Sabah” aparıcı futbolçusu Xuan Kamaranı komandada saxlamaq istəyir.

Sportal.az saytının məlumatına görə, paytaxt təmsilçisi müqavilə ilə “Yagelloniya”ya məxsus olan 28 yaşlı futbolçunu komandada saxlamaq üçün onunla danışıq aparacaq.

​Kamaranın razılığı alındıqdan sonra isə, klub “Yagelloniya” ilə danışıqlara başlayacaq. Komandanın baş məşqçisi Murad Musayev özü də ispaniyalını sərəncamında görmək istəyir.

 

Xəbər xətti