Manuel Noyer "Bavariya"da qaldı

13:22 - 23 May 2022

Almaniyanın "Bavariya" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi qapıçı Manuel Noyerlə "nikah təzələyib". 36 yaşlı "əlcək sahibi"nin yayda başa çatmalı olan müqaviləsinin müddəti uzadılıb. Yeni sözləşmə 30 iyun 2024-cü ilədək nəzərdə tutulur.

 

Manuel Noyer "Bavariya"ya 2011-ci ilin yayında "Şalke"dən transfer olunub. Almaniya millisinin üzvü cari mövsümdə Bundesliqa klubunun heyətində 39 matçda meydana çıxıb. Təcrübəli qolkiper 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Xəbər xətti