Belaruslu futbolçu Azərbaycana qarşı oynamayacaq

14:45 - 24 May 2022

"Rubin"in belaruslu futbolçusu Vitali Lisakoviç UEFA Millətlər Liqasında oynamaqdan imtina edib.

Sportal.az xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

24 yaşlı futbolçunun millidən gələn zənglərə cavab vermədiyi iddia edilir. Futbolçunun hansı səbəbdən milliyə getmək istəməməsi bəlli deyil.

Belarus iyunun 3-də Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda Slovakiya ilə qarşılaşacaq. Üç gün sonra onlar həmin arenada Azərbaycan millisini qəbul edəcək.

UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub. 

Xəbər xətti