Renat Dadaşov Azərbaycan Premyer Liqasında oynayacaq?

16:53 - 26 May 2022

"Vulverhempton" Azərbaycan millisinin forvardı Renat Dadaşovu komandada saxlamaq niyyətində deyil.

Sportal.az saytına verilən məlumata görə, forvard yeni mövsüm hansı komandada oynayacağına hələ ki, qərar verməyib.

Məsələ burasındadır ki, İngiltərə klubu millimizin hücumçusu ilə müqaviləyə xitam verməyə, ən pis halda isə onu icarəyə göndərməyə hazırdı.

Dadaşovun "Vulverhempton"la müqaviləsi gələn ilin yayında sona çatacaq. Renatın Azərbaycanda oynamağa hazır olduğu iddia edilir. Ancaq ona Azərbaycan Premyer Liqasındakı klubların heç birindən rəsmi təklif gəlməyib. Forvard son olaraq Portuqaliya 1-ci divizionuna yuvarlanan "Tondela" forması geyinib.

Xəbər xətti