"Neftçi"nin idman direktoru: "Yeni futbolçularla bağlı çalışmalar başlayıb"

15:02 - 22 İyun 2022

"Neftçi"nin idman direktoru Zaur Əzizov baş məşqçi Lautentsiu Reqekampfım mətbuat konfransında açıqlama verib.


Sportal.az xəbər verir ki, klub rəsmisi transferlər haqda danışıb:

 

“Yeni futbolçularla bağlı çalışmalar başlayıb. Baş məşqçimizlə də bu haqda danışırıq. İlkin razılıq əldə etdiyimiz futbolçular var. Yeni transferlərin uğurlu olması üçün əlimizdən gələni edəcəyik. Əminlik olmasa, onlarla müqavilə imzalamarıq”.

 

Əzizov, komandanın futbolçusu Azər Əliyevin yeni mövsümdən yerli futbolçu statusu ilə oynayacağına da işarə vurub: "Azər məsələsi kifayət qədər uzandı. Qısa müddətdə həllini tapacaq. Komandada kimlərin qalacağına gəldikdə, bu gün Ramon Maçado və Tyaqo Bezerra məsələsi ilə bağlı müzakirələr gedir, gün ərzində məsələlər yekunlaşacaq”.

Xəbər xətti