"Sumqayıt" 2022/2023 mövsümünün hazırlığına start verib.
Sportal.az xəbər verir ki, "kimyaçılar" bu gün baş məşqçi Aleksey Baqanın rəhbərliyi altında ilk məşqini həyata keçirib.
Qeyd edək ki, "Sumqayıt" iyulun 15-dək hazırlıq prosesini Azərbaycanda keçəcək. Komanda 16 iyul tarixində isə iki həftəlik təlim-məşq toplanışı üçün Türkiyənin Bolu şəhərinə yola düşəcək.
Tarix: 27 İyun [16:10]
|
|
Müəllif: Sportal.az
|