Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

21:35 - 3 Avqust 2022

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.

 

Sportal.az xəbər verir ki, millimiz ilk matçda Danimarka yığması ilə qarşılaşıb.

 

Bakıda Voleybol Mərkəzində təşkil olunan görüşə 25:22 hesabı ilə qonaqlar üstün başlayıb. İkinci seti 25:23 hesabı ilə millimiz qalib gəlsə də, rəqib növbəti hissələrin 25:16, 25:16 və matçın qalib olub - 3:1.

 

Pərviz Səmədovun komandası növbəti matçında Türkiyə millisi ilə qarşılaşacaq. Görüş avqustun 6-da saat 18:00-da Bakıda Voleybol Mərkəzində keçiriləcək.

 

Qeyd edək ki, ümumilikdə təsnifat oyunlarında 26 komanda 7 qrupa bölünüb. Oyunlar ev-səfər sistemi ilə keçirilir. Qrupun ən güclüləri və 5 ən yaxşı ikinci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.

Xəbər xətti