Renat Dadaşov İsveçrədə ən yaxşı seçildi

10:13 - 4 Avqust 2022

İsveçrə Super Liqasında III turun ən yaxşı futbolçusu məlum olub.

Sportal.az xəbər verir ki, başa çatan turun ən yaxşısı “Qrasshopper”in hücumçusu Renat Dadaşov seçilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan millisinin də forvardı olan Dadaşov “Yanq Boyz”a qarşı keçirilən matçda (1:1) komandasının yeganə qoluna imza atıb.

Xəbər xətti