Keylor Navasin yeni klubunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Napoli" kosta-rikalı qolkiperlə anlaşıb.
35 yaşlı qapıçının yaxın günlərdə Neapola yollanaraq tibbi müayinədən keçəcəyi gözlənilir.
2019-cu ilin yayından PSJ-də çıxış edən Navas ötən mövsüm 26 matçda Paris klubunun qapısını qoruyub.