"Liverpul" "Yuventus"dan transfer etdiyi futbolçunu ikinci komandaya göndərdi

"Liverpul"un "Yuventus"dan transfer etdiyi Artur Melo gözləntiləri doğrultmur.

 

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi fiziki cəhətdən hazır deyil. Mersisayd təmsilçisinin məşqçilər heyəti 26 yaşlı futbolçunu ikinci komandaya göndərib. Oyunçu tam hazır olmadan əsas komandaya qayıtmayacaq.

 

Qeyd edək ki, "Liverpul" Artur Melonu yay transfer pəncərəsi zamanı "Yuventus"dan icarəyə götürüb. Premyer Liqa klubu 2023-cü ilin yayında futbolçunu birdəfəlik transfer etmək hüququna sahibdir. Lakin Arturun performansı Yürgen Kloppu qane etmədiyi üçün onun "Yuventus"a geri qaytarılacağı gözlənilir.

Tarix: 22 Sentyabr [17:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio