"Qarabağ"ın rəqibinin müdafiəçisi ərəb klubuna keçdi

20:50 - 27 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"da ayrılıq gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, müdafiəçi Konstantinos Manolas Yunanıstan klubunu tərk edib. 30 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin "Şardja" klubuna transfer olunub. Yunanıstan millisinin üzvü yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la ilk oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında ikinci görüş isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti